Pik saat — günün yollarda tıxacın və ictimai nəqliyyatda sıxlığın ən yüksək olduğu hissəsi. Normalda bu, hər iş günü ərzində iki dəfə, səhər və axşam, əsasən insanların çoxunun işə gedib-gəldiyi getdiyi vaxtlarda baş verir. Termin tez-tez bir saatdan çox davam edə bilən pik tıxac dövrü üçün istifadə olunur.
İnternetin pik saatı termini buna bənzədilərək məlumat şəbəkəsinin pik istifadə dövrlərini təsvir etmək üçün istifadə edilmişdir ki, bu da gecikmələrə və məlumat paketlərinin daha yavaş çatdırılmasına səbəb olur.